Rauf Mirqədirovla bağlı Avropa Məhkəməsinə müraciət ediləcək

873CBE02-4EDA-4E1D-A77C-2CBE794590F4_s
Vəkili bu gün MTN-nin təcridxanasında jurnalistlə görüşə bilib

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən 2 ay ötdü. Bu müddət ərzində öz həbsini qanunsuz hesab edən jurnalistin verdiyi şikayətlərin heç biri təmin edilməyib. Vəkilləri yaxın günlərdə onunla bağlı şikayətləri Avropa Məhkəməsinə göndərəcəklər.

Bu gün Rauf Mirqədirovun vəkili Fuad Ağayev MTN-nin təcridxanasında onunla görüşüb.

Vəkil jurnalistin saxlanma şəraiti ilə bağlı şikayətinin olmadığını bildirib: “Bu gün onunla görüşdüm. Elə bir yenilik yoxdur. Müdafiə taktikası ilə bağlı məsələləri müzakirə etdik. Saxlanma şəraitindən heç bir şikayəti yoxdur”.

Rauf Mirqədirovun digər vəkili Elmar Süleymanov onunla bağlı Avropa Məhkəməsinə şikayət hazırladıqlarını bildirdi: “Bildiyimiz kimi, Apellyasiya Məhkəməsi görünməmiş qanun pozuntuları edərək, qanunlara heç bir hörmət qoymadan şikayətlərimizi təmin etmədi. Belə qanunsuzluq etməklə bizim Avropa Məhkəməsinə yolumuzu açıq etdilər. İndi yalnız Apellyasiya Məhkəməsinin qərarını almaq qalıb. Təəssüflər olsun ki, indiyə qədər o qərarlar hələ bizə təqdim edilməyib. Ola bilsin ki, bu həftə o qərarlar bizə təqdim olunacaq. Hələlik gözləyirik. Bundan sonra kobud qanun pozuntuları ilə bağlı Avropa Məhkəməsinə müraciətlərimizi hazırlayacağıq. Eyni zamanda Rauf bəy haqqında verilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi üzərində də işləyirik. Bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Azərbaycan qanunlarına bu cür hörmətsizliyin edilməsi Rauf bəy üçün gözlənilməz oldu. Bu barədə məhkəmədə özü də dedi. Rauf bəy bu məsələlərin hamısından şikayətçidir. Biz həqiqəti, ədaləti axtarmaq üçün məhkəmələrimizə müraciət etdik. Təəssüflər olsun ki, bu həqiqəti, ədaləti Azərbaycanda deyil, Avropa Məhkəmələrində axtarmalı oluruq”.

Qeyd edək ki, Rauf Mirqədirov bu ilin aprelində Türkiyədən deportasiya edilib və Azərbaycanda həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham edilir. Bu maddədə ömürlük və ya 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

310 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Rauf Mirqədirovla bağlı Avropa Məhkəməsinə müraciət ediləcək

23 Haziran 2014

By
@
backtotop